...

VISA Mərkəzi Bankla birgə Azərbaycanda kart infrastrukturunun inkişafı məqsədi ilə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 18:32 (UTC +04:00)
Azərbaycan Respublikası Mərkəzi Bankı ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə çərşənbə günü "VISA Inc" beynəlxalq kart təşkilatı ilə birgə seminar keçirib.
VISA Mərkəzi Bankla birgə Azərbaycanda kart infrastrukturunun inkişafı məqsədi ilə seminar keçirib

Azərbaycan, Bakı, 03 mart / Trend /

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə çərşənbə günü "VISA Inc" beynəlxalq kart təşkilatı ilə birgə seminar keçirib. Bu barədə AMB-nin çərşənbə günü yayılan məlumatında deyilir.

"Azərbaycanda VISA məhsulları və ticari ekvayerinq" mövzusunda seminar kommersiya banklarının əməkdaşları üçün keçirilib.

Seminarda VISA-nın MDB ölkələri üzrə regional meneceri Aleksandr Kalita, Şərqi Avropa və MDB üzrə məhsulların inkişafı üzrə regional rəhbəri Karol Dyurinq və Şərqi Avropa və MDB üzrə məhsullar üzrə meneceri Sergey Kotik tərəfindən bank nümayəndələrinə onları maraqlandıracaq bir çox mövzularda təqdimatlar keçirilib.

Fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 4017 min ədəd plastik kart sayılıb ki, bu da ilin əvvəlinə olan göstəricini 1,1 faiz, 2009-cu ilə olan göstəricini isə 8,7 faiz ötür.

VISA-nın tərəfdaş banklarının sayına görə Azərbaycan MBD məkanında Rusiya və Ukraynadan sonra üçüncü yeri tutur.

Xəbər lenti

Xəbər lenti