...

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı üzrə ən yaxşı sistemlərdən biri yaradılacaq - Dünya Bankı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir Ü.İsmayılova/

"Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı" layihəsinin reallaşması başa çatdıqdan sonra ölkədə daşınmaz əmlakın qeydiyyatı üzrə ən yaxşı sistemlərdən biri yaradılacaq. Bunu cümə axşamı Bakıda keçirilən "Daşınmaz əmlakın idarə edilməsi sistemində səmərəlilik və şəffaflıq" mövsuzunda beynəlxalq seminarda Dünya Bankının (DB) layihə çərçivəsində texniki qrupunun rəhbəri Kevin Adlinqton deyib.

"2008-ci ildə Azərbaycanda layihə reallaşmağa başladığı vaxtdan ölkə hökuməti daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi məqsədi ilə bu istiqamətdə bəzi tədbirlər həyata keçirib, - Adlinqton bildirib. - Lakin bu gün DB-nin kredit vəsaitinin böyük hissəsi hələ xərclənməyib, belə ki, hazırda yalnız layihənin ilkin mərhələsi həyata keçirilir".

Azərbaycan hökuməti və Dünya Bankı 2007-ci ilin iyulunda "Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı" layihəsinin reallaşması haqqında saziş imzalayıblar. Saziş daşınmaz əmlakın vahid kadastrı sisteminin tətbiqini nəzərdə tutur. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza xəritəçəkmə və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə edilməsi. Layihənin dəyəri 38,57 milyon dollar təşkil edir. Bunun 30 milyon dolları DB-nin kreditinin payına düşür. Kredit ehtiyatları beş il güzəştli dövr olmaqla 20 il müddətinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti