...

Azərbaycan Mərkəzi Bankı yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2010 10:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb. Mərkəz mühüm araşdırmaların, elmi axtarışların aparılmasına, müasir tədrisi və resursların inkişafına təşviq edəcək. Bu barədə çərşənbə axşamı AMB-dən məlumat verilib.
Azərbaycan Mərkəzi Bankı yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir İ.Xəlilova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb. Mərkəz mühüm araşdırmaların, elmi axtarışların aparılmasına, müasir tədrisi və resursların inkişafına təşviq edəcək. Bu barədə çərşənbə axşamı AMB-dən məlumat verilib.

Mərkəzdə markoiqtisadi araşdırmalar, iqtisadi inkişaf və sosial problemlər, beynəlxalq iqtisadiyyat, maliyyə sabitliyinin metodologiyası, maliyyə sektorunda araşdırmalar şöbələrini birləşdirən Araşdırmalar Departamenti və tədris, resurslar və xüsusi layihələr üzrə şöbələri birləşdirən İnkişaf Departamenti fəaliyyət göstərəcək.

AMB-nin 2010-cu ildə pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq mərkəz elmi araşdırmalar, müasir tədris aparacaq, resursların inkişafına təşviq edəcək.

2010-cu ildə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün AMB-də makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialının artırılmasına yönələn institusional proqramlar və layihələr həyata keçiriləcək. İnsan kapitalının idarə olunması üçün mühüm innovasiyalar təşviq ediləcək, ayrı-ayrı funksiyalar üzrə idarəçilik və biznes prosesləri əsaslı şəkildə təkmilləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti