...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması onların yenidən qiymətləndirilməsi ilə əlaqədardır - sədr müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2010 15:28 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının azalması onların yenidən qiymətləndirilməsi ilə əlaqədardır.

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının azalması onların yenidən qiymətləndirilməsi ilə əlaqədardır. Bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev cümə günü deyib.

"Bu, avro və dolların məzənnəsinin azalması ilə bağlıdır, çünki AMB-nin valyuta ehtiyatları iki valyutada - avro və dollarda saxlanılır", - Quliyev deyib.

Onun sözlərinə görə, ilin əvvəlində həmin valyutaların mübadilə məzənnəsində dəyişikliklər baş verdiyindən yenidən qiymətləndirmə nəticəsində onların manata konvertasiyası zamanı valyuta ehtiyatlarının həcminin azalması qeydə alınıb.

2010-cu il fevralın sonlarına olan məlumata görə, AMB-nin valyuta ehtiyatları 5074,5 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti