...

USAID hamiləliyin planlaşdırılmasının təbliği məqsədilə əczaxanalarla əməkdaşlıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2010 15:49 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq və İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi əczaxanalar arasında ictimai marketinq aksiyasına başlayır.
USAID hamiləliyin planlaşdırılmasının təbliği məqsədilə əczaxanalarla əməkdaşlıq edir

ABŞ-ın Beynəlxalq və İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi əczaxanalar arasında ictimai marketinq aksiyasına başlayır. Bu aksiya "Hamiləliyin Planlaşdırılması Vaxtını Düz Seçin!" şüarı altında keçən "Nar" Milli Kampaniyası çərçivəsində həyata keçirilir.

Aksiyanın məqsədi müasir kontraseptivlərin sağlam hamiləliklərin planlaşdırılmasında ən təhlükəsiz və etibarlı yol olması haqqında ictimaiyyəti məlumatlandırmaq və əczaxanaları alıcılara mümkün qədər geniş çeşidli keyfiyyətli kontraseptiv məhsullar təklif etməyə həvəsləndirməkdir.

Aksiyaya Bakı şəhəri, Abşeron, Ağsu, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Şəki rayonlarında 100-ə qədər əczaxana qatılacaq. Mart ayından may ayına qədər davam edəcək aksiya Səhiyyə Nazirliyi, BMT-nin Əhali Fondu (UNFPA), Gənc Nəsilə Dəstək İctimai Birliyi, beynəlxalq əczaçı şirkətləri Bayer Schering Pharma və Gedeon Richterlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Azərbaycanda əhalinin kontraseptivlər haqqında məlumatlılığının məhdud olması və müxtəlif müasir kontrasepsiya üsullarına əlçatanlığın az olması ölkədə müasir kontraseptivlərdən istifadənin aşağı səviyyədə olmasında öz əksini tapır. Qonşu Türkiyə (43%) və Rusiya (53%) ilə müqayisədə Azərbaycanda evli qadınların yalnız 14%-i müasir kontraseptivlərdən istifadə edir.

Kontraseptivlərin təchizat kanallarını genişləndirmək və əczaxana işçilərini müasir kontraseptivlərə dair son məlumatlarla təmin etmək məqsədilə USAID tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi 2004-cü ildən etibarən özəl sektorla əməkdaşlıq edir. Ailələrə ehtiyaclarına cavab verən üsulu seçmək üçün həkim məsləhətindən istifadə etmək tövsiyə olunur. İki beynəlxalq əczaçı şirkəti Bayer Schering Pharma və Gedeon Richter və UNFPA satışda qeydiyyatdan keçmiş kontraseptiv məhsulların mövcudluğunu təmin etməklə bu təşəbbüsü dəstəkləyir. Bura müxtəlif üsullar aiddir: kombinə olunmuş həblər, uşaqlıqdaxili spirallar, kondomlar və təcili kontrasepsiya.

Müştərilər kampaniyada iştirak edən əczaxanaları "Nar" loqotipli qapı yapışqanı və "Hamiləliyin Planlaşdırılması Vaxtını Düz Seçin!" şüarı əks olunan plakatlar vasitəsilə tanıyırlar. Belə əczaxanalar müştərilərə müxtəlif çeşidli keyfiyyətli kontraseptivlər təklif edir və onları pulsuz maarifləndirici broşürlərlə təmin edirlər.

Xəbər lenti

Xəbər lenti