...

"Azərsun Holdinq"ə daxil olan iki müəssisə Beynəlxalq İqtisadi Forumda ali mükafatlara layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2010 15:52 (UTC +04:00)
Bu gün Moskvada "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən Qafqaz Konserv Zavodu və İmişli Şəkər Zavoduna Müstəqil Dövlətlər Birliyinin ali mükafatı təqdim olunub.
"Azərsun Holdinq"ə daxil olan iki müəssisə Beynəlxalq İqtisadi Forumda ali mükafatlara layiq görülüb

Bu gün Moskvada "Azərsun Holdinq" in tərkibində fəaliyyət göstərən Qafqaz Konserv Zavoduİmişli Şəkər Zavoduna Müstəqil Dövlətlər Birliyinin ali mükafatı təqdim olunub.

İstehsal etdikləri məhsulların yüksək keyfiyyətinə və müasir idarəetmə standartalarına tam cavab verən müəssisələr Moskvada MDB İqtisadi Şurası tərəfindən təşkil olunmuş Beynəlxalq İqtisadi Forumda diplom və sertifikatla təltif olunub.

Qaliblər müəssisələrdə aparılan üzünmüddətli audit və istehsal olunan məhsulların keyfiyyətinə görə müəyyənləşdirilib. Hər iki Azərbaycan müəssisəsi göstərdikləri nəticələrə görə qalib ölkələr arasında ən yüksək balla qiymətləndirilib.

İstər Qafqaz Konserv Zavodu, istərsə də İmişli Şəkər Zavodu ölkənin qida təhlükəsizliyinin və yerli və xarici istehlakçıların yüksəkkeyfiyyətli qida məhsulları ilə təmin olunmasında mühüm rol oynamaqdadır.

Xəbər lenti

Xəbər lenti