...

Bakı Metropoliteni avadanlıq alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2010 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart / Trend /

Bakı Metropoliteni 20 dartıcı vaqon üçün mühərrikin alınması üzrə tender elan edib. Tender bir lot üzrə keçirilir.

Tenderdə iştirak etmək istəyənlər ərizəni və digər sənədləri bu il aprelin 19-dək təqdim etməlidirlər. Tender təklifləri aprelin 23-ü saat 17:00-dək Bakı Metropoliteninə təqdim olunmalıdır.

Tender təkliflərinin açılışı 26 aprel 2010-cu ildə Bakı Metropoliteninin akt zalında (H.Cavid prospekti, 33a) keçiriləcək.

Xəbər lenti

Xəbər lenti