...

2009-cu ilin yekunları üzrə Azərbaycan sığorta şirkətinin ümumi öhdəlikləri təxminən 40% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2010 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir N.İsmayılova/

2009-cu ilin yekunları üzrə Xalq Sığorta şirkətinin gəlirləri 26,56 milyon manat təşkil edib. Bu barədə şirkətin rəsmi mətbuatda dərc olunmuş 2009-cu il üçün balans hesabatında bildirilir.

Şirkətin gəlirlərinin böyük hissəsi birbaşa sığorta üzrə tədiyələrin (24,27 milyon manat) və digər gəlirlərin (2,42 milyon manat) hesabına təmin olunub. Şirkətin sığorta ödənişləri üzrə xərcləri 1,31 milyon manat, təkrar sığorta üzrə sığorta tədiyələri 9,5 milyon manat təşkil edib. Ümumi xərclər 22,66 milyon manat olub. 2009-cu ildə Xalq Sığortanın maliyyə mənfəəti 3,88 milyon manata çatıb ki, bu da nizamnamə kapitalının artırılmasına yönəldilib.

İlin yekunları üzrə sığorta şirkətinin aktivləri 27,159 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə kapitalı 2009-cu ilin əvvəlindən 16 faiz artıb və 2010-cu ilin əvvəlinə olan məlumata görə, 17,145 milyon manat təşkil edib.

2009-cu ilin sonları üçün şirkətin ümumi öhdəlikləri 39,2 faiz azalaraq 6,05 milyon manat təşkil edib.

Xalq Sığorta 2004-cü ildə yaradılıb. Şirkət sığorta sahəsində fəaliyyət göstərmək üçün lisenziyanı 2005-ci il martın 25-də alıb.

Şirkət Azərbaycanın sığorta bazarında ilk yerlərdən birini tutur və yerli bazarda qabaqcıl sığortaçılar və banklarla, həmçinin, xarici sığorta xidmətləri bazarında aparıcı təkrar sığortaçılarla əməkdaşlıq edir.

Martın 6-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti