...

Yanvarda ticarət obyektlərində qiymətlər yalnız Bakının bir rayonunda artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2010 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir Ü.İsmayılova/

Yanvarda Bakının ticarət obyektləri bazarında qiymətlər 0,3 faiz, ticarət obyektlərinin icarəsi isə 0,2 faiz azalıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Bakıda qeyri-yaşayış obyektlərinin qiyməti 2009-cu ilin dekabrındakı bir kvadratmetr üçün 2990 dollara nisbətdə yanvar ayında 2982 dollar təşkil edib.

Bazara təklif edilən ticarət obyektlərinin payının orta qiyməti azalaraq, bazarın portfelinin 56,9 faizini təşkil edib. Bazarda təkliflər 1,6 faiz artıb.

Ticarət obyektləri bazarında qiymətlərin artımı yalnız Bakının Qaradağ rayonunda (0,6%) baş verib. Qiymətlərin ən əhəmiyyətli azalması isə Yasamal rayonunda (1,3%) müşahidə edilib.

Yanvarda ticarət obyektlərinin orta qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz azalıb.

Şəhərin zonaları

Yanvarda orta qiymət

Qiymət dəyişikliyi (%-lə)

I

4911

-0,2

II

3489

-0,5

III

2166

-0,7

IV

826

-1,5

Xəbər lenti

Xəbər lenti