...

Gəncə Avtomobil Zavodu kommunal texnika istehsalına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 16:46 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu (Azərbaycan) və Almaniyanın "Haller" şirkəti Azərbaycanda zavodda yığılan MAZ avtomobilinin bazasında kommunal texnika istehsal etməyə dair niyyət protokolu imzalayıblar.
Gəncə Avtomobil Zavodu kommunal texnika istehsalına hazırlaşır

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov/

Gəncə Avtomobil Zavodu (Azərbaycan) və Almaniyanın "Haller" şirkəti Azərbaycanda zavodda yığılan MAZ avtomobilinin bazasında kommunal texnika istehsal etməyə dair niyyət protokolu imzalayıblar. Bunu Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyev çərşənbə günü deyib.

Fətiyevin sözlərinə görə, martın 14-də Almaniya şirkətinin nümayəndələri istehsala hazırlıq üçün Bakıya gələcəklər.

Almaniyanın "Haller" şirkəti kommunal texnika, xüsusən də zibiltəmizləyən avtomobillərin istehsalı üzrə liderdir. Şirkət 1871-ci ildə yaradılıb.

Bu gün Gəncə Avtomobil Zavodu MAZ avtomobili bazasında 25 tonluq kran istehsal edir.

Hazırda Gəncə Avtomobil Zavodu daxili bazarın ehtiyaclarının ödənilməsi üçün öz istehsalat obyektlərində Minsk Traktor Zavodunun məhsullarını yığır. Marketinq tədqiqatlarına əsasən, zavod mövcud meydançalarda yerli bazar üçün beş min ədədədək illik istehsal imkanlarına malikdir.

Azərbaycanda Minsk avtomobil və traktor zavodlarının istehsalı olan yük avtomobillərinin və traktorların yığılması və satışına dair müqavilə 2006-cı ilin sonlarında Minskdə imzalanıb.

Gəncə Azərbaycanın qərbində, Bakının 265 kilometrliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti