...

Neft-qaz sektoru məhsullarına tələbatın yüksək səviyyəsi Azərbaycan iqtisadiyyatının artım sürətinin güclənməsinə yardım edir - Standard & Poor`s

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 17:43 (UTC +04:00)

Böyük Britaniya, London, 11 mart / Trend , müxbir N.İsmayılova/

Neft və qaz sektoru məhsullarına tələbatın yüksək səviyyəsi Azərbaycan iqtisadiyyatının artım sürətinin güclənməsinə yardım edəcək. Bu barədə Standard & Poor`s beynəlxalq reytinq agentliyinin müstəqil reytinq üzrə direktor vəzifəsini icra edən Lyuka Marşand 2010-cu ilin martında Londonda keçirilən "Böyük Britaniya Azərbaycanda" ticarət-investisya forumundakı çıxışı zamanı deyib. Forum Yaxın Şərq Assosiasiyası (Middle East Association) və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə təşkil olunub.

Marşandın fikrincə, 2009-cu il dekabrın 14-də verilmiş müsbət proqnozlu BB+ səviyyəsində Azərbaycanın müstəqil reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatının güclü tərəfləri əhəmiyyətli fiskal və xarici bufer, dövlət borclarının aşağı həcmi, neft və qaz resurslarının gəlirləri bazasında yaradılımış əhəmiyyətli fond, həmçinin, iqtisadi artımın yüksək tempinə yardım edəcək sektora olan yüksək tələbatdır.

Marşandın fikirincə, zəif tərəflər isə neftin qiymətindən yüksək asılılıq və dar iqtisadi baza, ekspansion fiskal siyasət və pul-kredit siyasətinin qeyri-adekvat alətləridir.

Bu gün neftin qiymətinin yüksək səviyyədə olması qeyri-neft sektorunun inkişafına yönəlmiş islahatları sürətləndirmək üçün imkan yarada bilər.

Xəbər lenti

Xəbər lenti