...

Azərbaycan Dövlət Əmək Müfəttişliyi istehsalat obyektlərində reydlərə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 15:01 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi apreldən istehsalat obyektlərində reydlərin keçirilməsini bərpa edəcək. Bunu cümə axşamı mətbuat konfransında müfəttişliyin rəhbəri Nəbi Şükürlü deyib.
Azərbaycan Dövlət Əmək Müfəttişliyi istehsalat obyektlərində reydlərə başlayır

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi apreldən istehsalat obyektlərində reydlərin keçirilməsini bərpa edəcək. Bunu cümə axşamı mətbuat konfransında müfəttişliyin rəhbəri Nəbi Şükürlü deyib.

"Reydlər müfəttişliyin aprel üçün proqramı əsasında keçiriləcək və onlar iqtisadiyyatın bütün sahələrini, işçilərin hüquqlarının ən çox pozulduğu yerləri əhatə edəcək", - Şükürlü bildirib.

Onun sözlərinə görə, yoxlamalar, əsasən, mövsümi istehsalat obyektlərində aparılacaq.

Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, yanvar-fevral aylarında Azərbaycanda istehsalat yerlərində 29 bədbəxt hadisə baş verib, o cümlədən, onlardan yeddisi tikinti sektorunda baş verib. Həmin dövrdə 10 nəfər həlak olub, o cümlədən, tikinti sektorunda beş nəfər həlak olub. Altı halda (üçü tikinti sektorunda baş verib) günahkar müəssisə, 15 halda (2) zərərçəkmiş, dörd halda (2) müəssisə və zərərçəkmiş olub. Dörd hadisə kənardan müdaxilə nəticəsində baş verib.

28 aprel Beynəlxalq Əməyin Mühafizəsi Günü elan olunub. Ümumdünya Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalat obyektlərində 2,2 milyon nəfərə yaxın adam ölür.

Xəbər lenti

Xəbər lenti