...

Azərbaycanın sığorta şirkəti MBASK-ın rəhbərliyində dəyişiklik baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda iri sığorta şirkətlərindən biri olan MBASK-da struktur dəyişikliyi baş verib. Bunu cümə axşamı şirkətin əsas təsisçisi, MBASK Müşahidə Şurasının sədri Eldar Qəribov deyib.

"MBASK İdarə Heyətinin sədri vəzifəsinə Elxan Qəribli təyin edilib. O, əvvəllər "Azal Sığorta" şirkətinə rəhbərlik edib", - Qəribov bildirib.

Onun sözlərinə görə, MBASK rəhbərliyində dəyişiklik hələ vəzifədə olan Cəmil Məlikovun öz istəyilə vəzifədən getməsi ilə əlaqədar baş verib.

"Azal Siğorta" şirkəti sabaha kimi şirkətə yeni rəhbərliyin təyin olunması ilə əlaqədar vəziyyəti şərh etməkdən imtina edib.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK SŞ 29 növ sığorta xidməti göstərir ki, onlardan 4-ü icbaridir. Şirkətin nizamnamə kapitalı 2 milyon manatdır. 2005-ci ilin yanvarından MBASK-ın səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur. Yanvar-iyul ayları ərzində şirkətin sığorta haqlarının həcmi 4,43 milyon manat, ödəmələri isə 3,71 milyon manat təşkil edir.

Martın 11-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti