...

Azərbaycanın nəqliyyat naziri Cənubi Koreyaya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 18:18 (UTC +04:00)
Bu ilin oktyabr ayında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun Koreya Respublikasına səfəri gözlənilir. Bu barədə cümə günü Cənubi Koreyanın torpaq, Nəqliyyat və dəniz işləri üzrə Naziri Çanq Conq Hoan Bakıda keçirilən mətbuat konfransında bildirib.
Azərbaycanın nəqliyyat naziri Cənubi Koreyaya səfər edəcək

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.İsmayılov/

Bu ilin oktyabr ayında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun Koreya Respublikasına səfəri gözlənilir. Bu barədə cümə günü Cənubi Koreyanın torpaq, Nəqliyyat və dəniz işləri üzrə Naziri Çanq Conq Hoan Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Bu ilin oktyabr ayında Koreyada nəqliyyatın idarəsi üzrə intelektual sistemlərə dair beynəlxalq sərgi keçiriləcək. Həmçinin, nəqliyyat məsələləri və intelektual idarə sistemləri ilə əlaqədar keçiriləcək iclasa nəqliyyat naziri Ziya Məmmədovu dəvət etmişəm və nazir bu dəvəti qəbul edib", - Conq Hoan deyib.

Onun sözlərinə görə, görüş zamanı memorandumun imzalanması gözlənilir, həmçinin, Ziya Məmmədov Koreyanın nəqliyyat sektorunun inkişafı ilə tanış olacaq. "Müqavilənin hansı məsələ üzrə bağlanacağı səfər zamanı müzakirə olunacaq", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti