...

Bank Standard "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 18:15 (UTC +04:00)
Azərbaycan bankı Bank Standard "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajını martın 30-da keçirəcək.
Bank Standard "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajını keçirəcək

Azərbaycan, Bakı, 12 mart / Trend /

Azərbaycan bankı Bank Standard "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajını martın 30-da keçirəcək. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

"Aksiyanın 3-cü tirajı mart ayının 30-da saat 17:00-da Bank Standard-ın baş ofisində, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçiriləcək", - məlumatda deyilir.

Bu tirajda təcili pulköçürmə sistemləri vasitəsilə pulköçürən və ya alan Bank Standard müştəriləri üçün 1 ədəd 106 sm (42 düym) diaqonallı, maye-kristal ekranlı televizor oynanılacaq.

Bank Standard-ın "Uduşlu pul köçürməsi" aksiyasında 1000 dollar (avro) və ya 30 000 rubl və daha artıq məbləğdə pulköçürən və alan müştərilər iştirak edirlər.

Aksiya Bank Standard-da fəailiyyət göstərən bütün təcili pulköçürmə sistemlərini əhatə edir. Bura Western Union, Xpress Money, Privat Money, Faster, "Bıstraya Poçta", Contact, Migom, "Zolotoya Korona" və "Lider" daxildir.

Xəbər lenti

Xəbər lenti