...

AQFİTM sentyabrda üzv ölkələrin kiçik biznesləri üçün biznes-forum keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2010 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir M.Əliyev/

Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsi (AQFİTM) 2011-2012-ci illər üçün nəzərdə tutulan informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət planı hazırlayır. Bu barədə AQFİTM-in icraçı-direktoru Dulat Bakşiyev cümə günü Bakıda bildirib.

"Cənubi Koreya spesifik texniki anların müzakirəsi üçün seminar keçirməyi planlaşdırır", - Bakşiyev bildirib.

AQFİTM iqtisadiyyat sahəsində 2007-ci ilə kimi hüquqi bazasının yaradılması ilə məşğul olub. 2010-cu ilin sentyabrında Bankoqda (Tailand) təşkilatın üzv ölkələrinin kiçik biznesləri üçün biznes-forumun keçirilməsi planlaşdırılır.

Nəqliyyat layihələri üzrə, həmçinin, nəqliyyat daşımalarının sadələşdirilməsi istiqamətində fəaliyyət planının razılaşdırılması planlaşdırılır. Bakşiyevin sözlərinə əsasən, eyni zamanda, sözügedən fəaliyyət planı digər böyük layihələrə, məsələn, TRACEKA kimi layihələrə zidd olmayacaq. Haqqında danışılan məsələ üzrə növbəti müzakirələr AQFİTM-in aprelin sonunda keçiriləcək növbəti iclasında aparılacaq.

AQFTİM forumu - Asiyada, o cümlədən, dünyada sülh, təhlükəsizlik və sabitlik arasında sıx anlaşmaya əsaslanıb. AQFTİM forumunun keçirilməsi təklifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən 1992-ci ildə irəli sürülüb.

AQFTİM-in üzv ölkələri Əfqanıstan, Azərbaycan, Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Fələstin, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan və İordaniya Haşimilər Krallığıdır.

Xəbər lenti

Xəbər lenti