...

"Günay Sığorta" sığorta yığımlarının 30 faiz artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2010 13:52 (UTC +04:00)
"Günay Siğorta" Şirkətinin yeganə təsisçisi "Günay Bank" şirkətə yeni xarici səhmdarların cəlb olunması məsələsini nəzərdən keçirmir. Bu barədə bankın İdarə Heyətinin sədri Emin Ağayev bildirib.

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir İ.Xəlilova/

"Günay Siğorta" Şirkətinin yeganə təsisçisi "Günay Bank" şirkətə yeni xarici səhmdarların cəlb olunması məsələsini nəzərdən keçirmir. Bu barədə bankın İdarə Heyətinin sədri Emin Ağayev bildirib.

"Ötən ilin avqustunda Türkiyənin "Anadolu Anonim" Sığorta Şirkətinin "Günay Siğorta"nın kapitalındakı iştirak payının bank tərəfindən alınmasından sonra, biz "Günay Siğorta"nın şirkətin öz fəaliyyətini müstəqil inkişaf etdirməsi barədə qərara gəldik", - Ağayev deyib. - "Lakin "Anadolu Anonim" bizim şirkətin əsas təkrar sığortaçısıdır".

Onun sözlərinə görə, ötən ildən fərqli olaraq bu il sığorta yığımlarının 30 faiz artırılması planlaşdırılıb.

"Bu gözləntilər 1,5 - 2 il müddətinə bağlanan sığorta polislərinin fəaliyyət müddətinin bu il başa çatması ilə əlaqədardır. Müvafiq olaraq müştərilər öz risklərini yenidən sığortalamaq niyyətindədirlər", - Ağayev bildirib.

Ötən il şirkətin sığorta tədiyələri 45,1 faiz azalaraq 1,756 milyon manat təşkil edib; ödənişlər isə il ərzində 19,5 artaraq 219,491 min manat təşkil edib.

Ağayevin sözlərinə görə, 2010-cu ilin sonunadək şirkətin nizamnamə kapitalının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş iki milyon manat həcmində minimal səviyyəyə çatdırılması planlaşdırılır. Hazırda şirkətin nizamnamə kapitalı 1,6 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti