...

Azərbaycanın Access Bank-ı nizamnamə kapitalını iki dəfədən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 13:07 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Access Bank-ın 41,8 milyon manat həcmində sadə sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə QKDK-nın bazar ertəsi yaydığı məlumatda bildirilir.
Azərbaycanın Access Bank-ı nizamnamə kapitalını iki dəfədən çox artırıb

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Access Bank-ın 41,8 milyon manat həcmində sadə sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə QKDK-nın bazar ertəsi yaydığı məlumatda bildirilir.

Hər birinin nominal dəyəri 2,09 manat olan 20 milyon səhmin yerləşdirilməsi bir manat nominalında 20 milyon səhmin konvertasiyası yolu ilə keçiriləcək. Beləliklə, bankın nizamnamə kapitalı hazırkı 20 milyon manat həcmindən 41,8 milyon manatadək artacaq.

Access Bank Azərbaycan ailələrinə, həmçinin, mikro və kiçik sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi məqsədilə yaradılıb. Access Bank beynəlxalq "Fitch reytinq" agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank təsdiq edilmiş (uzunmüddətli DER BB+ və fərdi reytinq D səviyyəsində) və 100% xarici 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Martın 15-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti