...

Pakistan bankının Azərbaycandakı törəmə müəssisəsi öz nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası (QKDK) Azərbaycanın "MCB Lizinq" şirkətinin 838,105 min manat həcmdə olan sadə, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə QKDK-nın bazar ertəsi yayılan məlumatında deyilib.

Hər birinin nominal dəyəti 1 manat təşkil edən 838 105 ədəd emissiya prospekti martın 10-da qeydiyyatdan keçib.

Nizamnamə kapitalının həcmi 4 min manatdan çox olan lizinq şirkəti 15 oktyabr 2009-cu ildə ölkənin vergi orqanlarında qeydiyyatdan keçib. "MCB Lizinq" şirkətinin təsisçiləri "MCB Bank LTD" və Namiq Səfərovdur.

MCB Pakistanın aparıcı banklarından biridir. Bank təxminən 4 milyon müştəri bazasına malikdir, bazarda 1000-dən çox filiala və 450 bankomata sahibdir.

Martın 15-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti