...

Azərbaycan Slovakiyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaya bilər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 15:24 (UTC +04:00)
Slovakiya - Azərbaycan Biznes Forumu bizim potensiala uyğun əməkdaşlıq imkanlarının eyniləşdirilməsinə şərait yaradacaq. Bunu Slovakiyanın xarici işlər naziri Mİroslav Layçak bazar ertəsi Bakıda biznes-forumun açılışında deyib.
Azərbaycan Slovakiyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaya bilər - nazir

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir Ü.Sadıxova/

Slovakiya - Azərbaycan Biznes Forumu bizim potensiala uyğun əməkdaşlıq imkanlarının eyniləşdirilməsinə şərait yaradacaq. Bunu Slovakiyanın xarici işlər naziri Mİroslav Layçak bazar ertəsi Bakıda biznes-forumun açılışında deyib.

"Azərbaycan bazarında artıq Slovakiya şirkətləri işləyirlər. Onlar özlərini yol sahəsində uğurla təqdim ediblər", nazir deyib. - "Biz hazırda energetika, su-elektrik stansiyasının inşası sahələrində əməkdaşlıq edirik".

Onun sözlərinə görə, Azərbaycanın böyük potensialı var və Slovakiya kənd təsərrüfatı, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığa hazırdır.

"Slovakiya iqtisadi tranzisiya prosesini uğurla keçib, Aİ-yə daxil olub və Avropa standartlarını qəbul edib. Hazırda Azərbaycan iqtisadi transformasiya yolunu uğurla keçir və bu, həmin sahədə münasibətləri inkişaf etdirmək üçün bizə unikal imkanlar yaradır", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında yaradılmış müqavilə-hüquq bazası müzakirə edilib.

"Biz saha səkkiz razılaşma imzalamaq niyyətindəyik. Onların arasında əm mühümü investisiyaların qorunması, ikiqat vergi qoyuluşunun aradan qaldırılmasına aiddir", - nazir deyib. - "Biz, həmçinin, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yaradılması, mədəniyyət günlərinin keçirilməsi haqda razılığa gəldik. Mən öz həmkarıma viza rejiminin sadələşdirilməsi üçün Slovakiyanın atdığı addımlar haqqında məlumat verdim".

Slovakiya nümayəndə heyəti "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq üzrə təkliflərini təqdim edib.

"Biz regional məsələlərin müzakirəsini davam etdirəcəyik və bəzi məsələlər, əsasən də Avropa İttifaqı və Slovakiya üçün mühüm olan enerji təhlükəsizliyi məsələsi üzrə Azərbaycanın mövqeyini bilmək bizim üçün çox vacibdir. Biz bu məsələdə Azərbaycanın strateji rolunu yaxşı başa düşürük və onun Slovakiyanın enerji təhlükəsizliyinin təminatında oynaya biləcəyi rolu müzakirə edəcəyik".

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əlavə edib ki, Azərbaycan və Slovakiya əlaqələrin daha yüksək səviyyəyə qaldırılması haqda qərar qəbul ediblər.

"Beynəlxalq səviyyədə də bir çox məsələlər, o cümlədən, ərazi bütövlüyü üzrə Azərbaycanla Slovakiyanın siyasi baxışları üst-üstə düşür", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti