...

Avstriya-Azərbaycan Ticarət Palatası Azərbaycan və Avstriya biznesmenlərini əməkdaşlığa çağırır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 14:13 (UTC +04:00)
Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) Azərbaycan və Avstriya biznesmenlərini əməkdaşlığa və öz fəaliyyətində iştirak etməyə çağırır. Bu barədə Palatanın fəxri prezidenti və Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov çərşənbə axşamı Bakıda ATAZ-ın mətbuat konfransında deyib.
Avstriya-Azərbaycan Ticarət Palatası Azərbaycan və Avstriya biznesmenlərini əməkdaşlığa çağırır (FOTO)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.İsmayılova/

Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) Azərbaycan və Avstriya biznesmenlərini əməkdaşlığa və öz fəaliyyətində iştirak etməyə çağırır. Bu barədə Palatanın fəxri prezidenti və Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov çərşənbə axşamı Bakıda ATAZ-ın mətbuat konfransında deyib.

"Azərbaycan və Avstriya iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq üzrə böyük potensiala malikdir və ATAZ məhz bu potensialın inkişaf etdirilməsi məqsədilə yaradılıb", - İsmayılov deyib.

Onun sözlərinə görə, artıq "Austrian Airlines", OMV, "Strabag" kimi bəzi iri Avstriya şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Həmçinin, Azərbaycanın "Cahan Holding" şirkəti Avstriya şirkətləri ilə sıx əməkdaşlıq edir.

İsmayılovun sözlərinə görə, bu gün Azərbaycanda 30 Avstriya şirkəti fəaliyyət göstərir və Ticarət Palatasının fəaliyyəti iki ölkə arasındakı əməkdaşlığı daha da möhkəmləndirir.

"Biz Azərbaycana yalnız Qafqazın qapısı kimi deyil, həmçinin, Mərkəzi Asiyanının qapısı kimi baxırıq, bu baxımdan söhbət yalnız iki ölkə arasındakı əməkdaşlıqdan deyil, regionlar arasındakı əməkdaşlıqdan gedir", - ATAZ-ın prezidenti Alon Şklarek deyib.

Xəbər lenti

Xəbər lenti