...

Naxçıvan Avtomobil Zavodu "Lifan" markalı maşınların yeni komplektlərini alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.İsmayılov/

Naxçıvan Muxtar Respublikasında bu ilin əvvəlində istismara verilən Avtomobil Zavodu "Lifan" markalı (Çin istehsalı) avtomobillərin yığılması üçün 161 komlekt alıb. Bu barədə zavoddan bildiriblər.

"Zavodda quraşdırılan komplektlərin yeni partiyasının ümumi sayı 161 vahiddir", - müəssisədən bildiriblər.

Bir müddət əvvəl zavod 108 avtomobil komplekti almışdı.

Zavodun istehsal gücü ildə 4-5 min avtomobildir. Avtomobillərin qiyməti 8 mindən 14 min dollaradək təşkil edir.

Hazırda zavodun qarşısında qoyulan məqsəd NMR-in avtomobil tələbatının təmin edilməsi, gələcəkdə bu avtomobillərin Türkiyə və İran bazarlarına çıxarılmasıdır.

Xəbər lenti

Xəbər lenti