...

Azərbaycan paytaxtında ilkin mənzillər daha 1,5 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/

Bakının ilkin mənzil bazarında mənzillərin orta qiyməti cari ilin yanvar ayı ilə müqayisədə fevralda 1,5% azalaraq 897$/kv metrdən 883$/kv metrə enib. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildirilib.

Qiymətlərin azalması demək olar bakının bütün rayonlarında müşahidə olunub ki, bu da tələbin kəskin azalması və bazarın bu seqmenti üzrə dinamikanın mənfiyə doğru dəyişməsi ilə bağlıdır.

Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı 122.3 kv metrə qarşı 121.6 kv metr olub. Orta blok göstəricisi ötən ayla müqayisədə 4,1% artaraq 2,5 olub. Orta mərtəbə göstəricisi isə ötən ay olduğu kimi, 15,2 mərtəbə təşkil edib.

Fevralda heç bir rayonda qiymət artımı qeydə alınmayıb. Ən çox azalma isə Bakının Yasamal rayonunda (3,4%) qeydə alınıb.

Ən çox yeni tikili əvvəlki aylarda olduğu kimi, Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Qeyd edilən bu üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 65,5% təşkil edib. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Xəbər lenti

Xəbər lenti