...

DəmirBank bayram günlərində müştərilərinə xüsusi qrafik üzrə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 20:14 (UTC +04:00)
DəmirBank Novruz bayramı münasibətilə istirahət günləri elan edilmiş 23 və 26 mart tarixlərində müştərilərə xidmət göstərəcək.

Azərbaycan, Bakı, 19 mart / Trend /

DəmirBank Novruz bayramı münasibətilə istirahət günləri elan edilmiş 23 və 26 mart tarixlərində müştərilərə xidmət göstərəcək. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir. Qeyd edilən tarixlərdə DəmirBankın filialları saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

Bu tarixlərdə müştərilər DəmirBank-da kommunal və rabitə ödənişləri, əmanətlərin qəbulu, valyuta mübadiləsi əməliyyatları, eləcə də kredit və faiz ödənişlərinin qəbulu kimi xidmətlərdən istifadə edə biləcəklər.

DəmirBank ölkənin əksər regionlarını əhatə edən geniş filial şəbəkəsinə malikdir. Hazırda DəmirBankın 29 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 16-sı isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti