Azərbaycanda 760 kiloqramdan çox vaxtı ötmüş ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 19:17 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarından ümumi çəkisi 760 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb və məhv edib.
Azərbaycanda 760 kiloqramdan çox vaxtı ötmüş ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarından ümumi çəkisi 760 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb və məhv edib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Binəqədi, Nərimanov, Nəsimi, Yasamal rayonlarında, həmçinin Sumqayıt, Quba, Samux şəhərlərində aparılıb.

Mağazalarda qənnadı məhsulları, kolbasa, balıq məhsulları, un və un məmulatları, pivə, sərinləşdirici içkilər, makaron, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, meyvə şirələri, çay, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Martın 19-na olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti