...

Gürcüstan Ukraynaya sərmayə qoyuluşu imkanlarını nəzərdən keçirir - Baş nazir Nika Qilauri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2010 12:56 (UTC +04:00)
"Bizi Ukraynada bank və metallurgiya sektoru maraqlandırır", - Gürcüstanın Baş naziri Nika Qilauri Ukraynanın investisiya şirkətlərinin konfransında bildirib.
Gürcüstan Ukraynaya sərmayə qoyuluşu imkanlarını nəzərdən keçirir - Baş nazir Nika Qilauri

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Ukraynaya sərmayə qoyuluşu imkanlarını nəzərdən keçirir. "Bizi Ukraynada bank və metallurgiya sektoru maraqlandırır", - Gürcüstanın Baş naziri Nika Qilauri Ukraynanın investisiya şirkətlərinin konfransında bildirib.

Onun sözlərinə görə, kapital qoyuluşu üçün Ukrayna bazarı cəlbedicidir. Baş nazir həmçinin bildirib ki, Gürcüstan Ukrayna ilə intensiv ixrac-idxal münasibətlərini saxlamağa çalışır.

Rəsmi statistikaya əsasən, 2008-ci ildə ixrac 8,6 faiz, idxal isə 10,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti