...

AİB Xuan Mirandanın Tacikistana səfərinin yekunu barədə bəyanat yayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2010 13:02 (UTC +04:00)
Asiya İnkişaf Bankı rəsmi bəyanat yayıb. Həmin bəyanatda AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Xuan Mirandanın Tacikistana səfərinin yekunu üzrə məlumatın detalları izah olunur.
AİB Xuan Mirandanın Tacikistana səfərinin yekunu barədə bəyanat yayıb

Özbəkistan, Daşkənd, 23 mart / Trend , müxbir D.Əzizov/

Asiya İnkişaf Bankı (AİB) rəsmi bəyanat yayıb. Həmin bəyanatda AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Xuan Mirandanın Tacikistana səfərinin yekunu üzrə məlumatın detalları izah olunur. "AİB enerji təhlükəsizliyinin, enerji effektliliyinin və ticarətin yaxşılaşdırılması məqsədilə Tacikistanın apardığı siyasəti dəstəkləyir ki, bu da "Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq" proqramı ilə uzlaşır", - press-relizdə deyilir.

Roqu su elektrik stansiyasına münasibətdə, AİB hökumətin layihənin mövcud texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasında hazır olmasını, o cümlədən beynəlxalq qabaqcıl təcrübələrə və standartlara ciddi şəkildə cavab verən lazımi ekoloji ekspertizanın aparılmasını alqışlayıb. AİB vurğulayıb ki, region ölkələri ilə ilkin məsləhətləşmələr aparılarsa, məhz bunun əsasında araşdırmaların əminliyi və qəbul edilməsi yüksək olacaq.

Mirandanın Tacikistana səfəri cari ilin mart ayının 15-16-da təşkil edilib.

Xəbər lenti

Xəbər lenti