...

Türkmənistan Prezidenti Xəzərsahili istirahət mərkəzinə nəzarəti gücləndirməyi tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2010 15:20 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərsahili Avazada obyekt tikintisinin keyfiyyət və müddətinə mütəmadi və ciddi nəzarətin həyata keçirilməsini tələb edib. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.
Türkmənistan Prezidenti Xəzərsahili istirahət mərkəzinə nəzarəti gücləndirməyi tələb edir

Türkmənistan, Aşqabad, 24 mart / Trend , müxbir, H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərsahili Avazada obyekt tikintisinin keyfiyyət və müddətinə mütəmadi və ciddi nəzarətin həyata keçirilməsini tələb edib. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Xəzərsahili regionun bu hissəsində son illər beynəlxalq turizm və istirahət mərkəzi yaradılır. Rəsmi Aşqabad xarici investisiyaların cəlb edilməsi məqsədi ilə Avazanı sərbəst iqtisadi zona elan edib.

"Karbohidrogen xammalının hasilatı və keyfiyyətli emalın səmərəliliyinin artırılmasına istiqamətlənmiş yanacaq-energetika sektorundakı investisiya layihələrinin həyata keçirilməsinin yüksək tempinə dəstək vermək lazımdır", - o, hökumət müşavirəsində deyib.

Xəbər lenti

Xəbər lenti