...

"Anglo Asian Mining PLC" şirkəti kreditin ödənilmə müddətinin yenidən müzakirəsi haqqında müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2010 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda yeganə qızıl istehsalçısı olan "Anglo Asian Mining PLC" şirkəti Azərbaycan Beynəlxalq Bankı ilə kreditlərin ödənilmə müddətinin yenidən müzakirəsi haqqında müqavilə imzalayıb. Bu barədə şirkətin məlumatında deyilir.

"Müqavilə 5 milyon dollarlıq krediti əhatə edir. Bu kredit haqqında müqavilə 2007-ci ilin dekabrında imzalanıb - 20 milyon dollar borc (2008-ci il) və 3 milyon dollar kredit (2009-cu ilin noyabrı)", - məlumatda deyilir.

Müqaviləyə əsasən həmin borcun yeni ödəmə müddəti - 5 milyon dollar kreditin ödəmə müddəti 2010-cu ilin mayından başlayaraq altı aylıq 416 667 dollar və üç son aylıq ödəmə 2010-cu ilin noyabrından 2011-ci ilin yanvarınadək 833 328 dollar olacaq.

20 milyon dollar kreditin qaytarılması iki il müddətində - 2012-ci ilin dekabrınadək yerinə yetiriləcək. 2010-cu ildə rüblük ödənişlə eyni səviyyədə 8 milyon dollar ödəniləcək. 12 milyon dollar isə 2012-ci ildə ödəniləcək.

3 milyon dollar kreditin ödənilməsi 2010-cu ilin may ayından sentyabr ayınadək beş bərabər aylıq ödənişlə qaytarılacaq.

Ümumilikdə, şirkət Azərbaycan Beynəlxalq Bankı ilə ümumi məbləği 43,9 milyon dollar olan 5 kredit müqaviləsi imzalayıb. Həmin kreditlər Gədəbəy mədənində qızıl istehsalından gələn gəlir hesabına ödəniləcək.

"Anglo Asian Mining PLC" şirkəti 1997-ci ildə Azərbaycan hökuməti ilə imzaladığı PSA tipli müqavilə əsasında Azərbaycanın şimal-qərbindəki altı yataqda - Gədəbəy, Qoşa Bulaq, Qızıl Bulaq, Veynəli və Söyüdlü yataqlarında işləmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti