Azərbaycan, Bakı, 29 aprel /Trend/
Əgər 1979-cu ildə baş verən İran İslam İnqılabına qədər İranın dəmiryol şəbəkəsinin uzunluğu 4 min kilometr təşkil edirdisə, hazırda bu göstərici 9 kilometrdir. FARS agentliyinin məlumatına görə, bunu İranın Yükdaşımaları və Yolların Mühafizəsi Şirkətinin rəhbəri Şəhriyar Əfəndizadə deyib.
Onun sözlərinə görə, inkişaf proqramına əsasən dəmiryolların uzunluğunun 25 min kilometrədək artırılması planlaşdırılır. İnqlabdan sonra ölkə kəndlərində 180 min kilometrdən çox avtomobil yolu salınıb.
Əfəndizadənin dediyinə görə, ötən il beynəlxalq yükdaşımalarının həcmi 7 milyon tondan çox olub.