...

Azərbaycanın sığorta şirkəti ilk dəfə olaraq keyfiyyətin idarə edilməsi üzrə İSO sertifikatı almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2010 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın "Alfa Sığorta" sığorta şirkəti ilin sonuna kimi keyfiyyətin idarə edilməsi üzrə İSO sertifikatı almaq niyyətindədir. Bunu şirkətin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı şənbə günü deyib.

"Bizim şirkət növbəti həftə beynəlxalq keyfiyyət sertifikatının alınması üçün audit keçirəcək şirkəti müəyyən edəcək", - Məmmədxanlı deyib.

Onun sözlərinə görə, şirkət bu günədək İSO keyfiyyət sertifikatı almayıb. İSO beynəlxalq keyfiyyət sertifikatının alınması üçün "Alfa Sığorta" müvafiq struktur dəyişiklikləri edib.

"Alfa Sığorta" 1997-ci ilin avqust ayında "Murad" SŞ adı altında qeydiyyatdan keçib.

Cari ilin birinci rübünə olan vəziyyətə görə, şirkətin haqları 0,04 milyon manat ödəmələr sayəsində 0,28 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti