...

AZAL Bakı-Frankfurt-Bakı reysinə bilet satışına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2010 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 3-dən Almaniyanın "Lufthansa" aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-Frankfurt-Bakı reysi üçün biletlərin satışına başlayır. Bu barədə şənbə günü AZAL-dan məlumat verilib.

"Mayın 3-dən AZAL "Lufthansa" aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-Frankfurt reysi üçün yerlərin müəyyən hissəsinə bilet satışına başlayacaq", - AZAL-dan bildirilib.

Qeyd olunub ki, bu reysə aviabiletlərin qiyməti AZAL tərəfindən müəyyən edilir.

Bakı-Frankfurt-Bakı aviareysi "Lufthansa" şirkəti tərəfindən bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 07:15-da həyata keçirilir. AZAL-ın bu reysə biletlərinin qiyməti hər iki tərəf üçün 703 manat təşkil edir, "Lufthansa"nın özünün müəyyən etdiyi qiymət isə 956 manatdır.

Xəbər lenti

Xəbər lenti