...

Azərbaycanda ödəmə kartlarının sayı, təqribən, 2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2010 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir N.İsmayılov/

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, çartın sonunda ölkədə 4058 min ədəd plastik kart olub ki, bu da ayın əvvəlinə olan analoji göstəricidən 0,2%, 2009-cu ilin sonuna olan göstəricidən isə 2,1% çoxdur.

Hesabat dövrü ərzində debet kartları ilə əməliyyatların sayı 4765 min ədəd, həyata keçirilən əməliyyat həcmi isə 562 milyon manat olub. Bankomatlar vasitəsilə debet kartları ilə 536 milyon manatlıq 4638 min əməliyyat, POS-terminal vasitəsilə isə 18 milyon manatlıq 75 min əməliyyat aparılıb.

Mart ayında kredit kartları ilə ümumi məbləği 52 milyon manat olan 203 min əməliyyat həyata keçirilib. Bankomatlar vasitəsilə kredit kartlarının köməyi ilə 17 milyon manatlıq 80 min əməliyyat aparılıb. POS-terminallar vasitəsilə aparılan 18 min əməliyyatın ümumi məbləği isə 11 milyon manat olub.

Mayın 3-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti