...

Azərbaycanın sığorta şirkətinin nizamnaməsinə dəyişiklik ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 11:24 (UTC +04:00)
MBASK sığorta şirkətinin səhmdarları iyunun 7-də növbədənkənar ümumi yığıncağını keçirəcəklər. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.

Azərbaycanın sığorta şirkətinin nizamnaməsinə dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ü.İsmayılova/

MBASK sığorta şirkətinin səhmdarları iyunun 7-də növbədənkənar ümumi yığıncağını keçirəcəklər. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.

"Səhndarların yığıncağında, əsasən, nizamnamə kapitalının artırılması ilə əlaqədar şirkətin nizamnaməsinə dəyişiklik edilməsi məsələsi müzakirə olunacaq", - MBASK-dan bildirilib.

Fevral ayında şirkətin nizamnamə kapitalı iki milyondan üç milyon manatadək artırılıb.

İclasın gedişində, həmçinin, rəhbər vəzifələrə təqdim olunan, eləcə də Maliyyə Nazirliyi ilə razılaşdırılmış namizədlərin təsdiqlənməsi məsələsi də müzakirə ediləcək. MBASK-ın idarə heyətinin sədri vəzifəsinə Elxan Qədirlinin namizədliyi artıq Maliyyə Nazirliyinə təqdim olunub. O, bu vəzifədə Cəmil Məlikovu əvəz edəcək. Qədirli əvvəllər AZAL Sigorta Şirkətinin rəhbəri olub.

1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK SŞ dördü icbari olmaqla, 29 növ sığorta xidməti göstərir. Şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edir. 2005-ci ilin yanvar ayından MBASK səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur. Onun əsas təsisçisi "UniBank"dır.

Birinci rübün yekunları üzrə şirkətin haqları 0,98 milyon manat ödəniş olmaqla 1,34 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti