...

Belarus Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 13:41 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana 2010-cu ilin birinci yarısında baş tutacaq rəsmi səfəri çərçivəsində bir sıra hökumətlərarası sazişin imzalanması gözlənilir. Bu barədə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikilay Paskeviç çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
Belarus Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Belarus Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir N.İsmayılova/

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana 2010-cu ilin birinci yarısında baş tutacaq rəsmi səfəri çərçivəsində bir sıra hökumətlərarası sazişin imzalanması gözlənilir. Bu barədə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikilay Paskeviç çərşənbə axşamı mətbuat konfransında bəyan edib.

"Bu günədək Azərbaycanla Belarus arasında 50-dən artıq ikitərəfli sazişdən ibarət hüquqi baza yaranıb ki, bu baza həm Azərbaycan, həm də Belarus müəssisələrinin fəaliyyətini tənzimləyir", - səfir bildirib. - "Lakin biz hesab edirik ki, bu azdır, ona görə də daha 20-yə yaxın sənəd hazırlanır".

Onun sözlərinə görə, işlənməkdə olan 10 saziş, Belarus Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.

"Bu günədək artıq idarələr arasında investisiyaların qarşılıqlı müdafiəsi haqda saziş layihəsinin razılaşdırılması başa çatıb. Bu sənəd ölkələr arasında sərmayə yatırımlarının tənzimlənməsinə imkan verəcək", - Paskeviç qeyd edib.

Prezidentin səfəri ərəfəsində Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Belarus hökumətlərarası komissiyasının altıncı iclasının keçiriləcəyi gözlənilir. Hökumətlərarası komissiya 2004-cü ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti