...

Bakının torpaq bazarının ekspozisiya müddəti artmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 15:02 (UTC +04:00)
Martda Bakının torpaq bazarında orta qiymət hər sota görə 0,6% dollar azalaraq 14 436 dollar təşkil edib. Fevralda bu göstərici 14 521 dollar olub. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Bakının torpaq bazarının ekspozisiya müddəti artmaqda davam edir

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Ü.İsmayılova/

Martda Bakının torpaq bazarında orta qiymət hər sota görə 0,6% dollar azalaraq, 14 436 dollar təşkil edib. Fevralda bu göstərici 14 521 dollar olub. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Ay ərzində torpaq sahələrinin ekspozisiya müddəti 0,4 faiz artaraq 253 gün olub.

Martda ən baha qiymətə torpaq sahəsi Nəsimi rayonunda təklif olunub - bir sotu 190 min dollar. Ən ucuz qiymətə torpaq sahəsi isə Bakının Abşeron rayonunda təklif olunub - bir sotu 350 dollar.

Ümumi cədvəl martda Bakı şəhərinin zonalar üzrə torpaq sahələrinin qiymətinin dəyişməsini göstərir:

Şəhərin zonası

Martda bir sotun qiyməti (dollarla)

Faizlər üzrə qiymətin orta dəyişkənliyi

I

172 265

-0,2

II

96 789

-0,3

III

18 926

-0,4

IV

3 658

-1

Ümumilikdə, bazarda 806,5 hektar torpaq sahəsi təklif olunub ki, bunun da 77,2 faizini boş torpaq sahələri təşkil edib.

Xəbər lenti

Xəbər lenti