...

Azərbaycan Nəqliyyat Nazirliyi sərnişin və yükdaşımaları sahəsində nəzarəti gücləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2010 16:33 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi yük və sərnişindaşımalarının təhlükəsizliyinin normativ-hüquqi bazaya uyğunluğunu yoxlamaq üçün komissiya yaradıb.
Azərbaycan Nəqliyyat Nazirliyi sərnişin və yükdaşımaları sahəsində nəzarəti gücləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi yük və sərnişindaşımalarının təhlükəsizliyinin normativ-hüquqi bazaya uyğunluğunu yoxlamaq üçün komissiya yaradıb. Bu barədə Nəqliyyat Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Komissiya nəqliyyatda, o cümlədən şəhərdaxili və şəhərlərarası sərnişindaşımalarında təhlükəsizliyin təmin olunmasına, daşımalarda qaydalara riayət olunmasına və bu prosesləri həyata keçirən şəxslərin məsuliyyətinin artırılmasına dair təklif hazırlayacaq və nəqliyyat naziri Ziya Məmmədova təqdim edəcək.

Komissiya öz işini bir ay ərzində başa çatdırmalıdır.

Ölkənin nəqliyyat sektorunun intensiv inkişafına baxmayaraq, bu sahədə bir sıra ciddi çatışmazlıqlar qalmaqdadır. Son vaxtlar sərnişin və yükdaşımalarında yol qəzalarının sayı artıb. Müəyyən edilib ki, yol qəzalarının əksəriyyəti daşımaları iş rejimini və hərəkət qrafikini pozmaqla həyata keçirən sürücülərin günahı üzündən baş verir.

Məlumatda deyildiyi kimi, yuxarıda qeyd olunanları nəzərə alaraq, fiziki şəxslər və özəl sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə bağlı nəzarət üzrə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacibdir.

Əsas diqqət avtobusların hərəkət cədvəlinin təkmilləşdirilməsi və optimallaşdırılmasına, dayanacaqların yerinin düzgün seçilməsinə, lisenziyası olmayan sürücülərin sərnişin və yük daşımaqlarına yol verilməməsinə, martşrutlardakı avtobusların sayının tələblərə uyğun olmasına, eləcə də avtobus və yük avtomobillərinin texniki vəziyyətinə ayrımalıdır.

Xəbər lenti

Xəbər lenti