...

Azərbaycanda bədbəxt hadisələrdən icbari sığortanın tətbiq edilməsi əmək şəraitinin yaxşılaşdırılması üçün ciddi təkan olacaq - Əmək Müfəttişliyinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2010 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında" qanunun tətbiq edilməsi bir neçə sahənin inkişafı üçün ciddi təkan olacaq. Bunu cümə axşamı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü deyib.

Şükürlü hesab edir ki, ilk növbədə, qanunun istifadəsi işəgötürən tərəfindən əmək fəaliyyəti üçün normal şərait yaradılmasına, ölkənin sığorta bazarının inkişafına və istehsal zədələri almamaq üçün işçilərin məsuliyyətinin artırılmasına kömək edir.

Onun sözlərinə görə, qanunun istifadəsinin mütləq xarakterini nəzərə alan işəgötürənlər öz işçilərini bütün texniki təhkükəsizlik vasitələri ilə təmin edəcək. İşçilər isə onlara riayət etməli olacaqlar (bir sıra hallarda bədbəxt hadisələr işçilərin məsuliyyətsizliyi üzündən baş verir). Sığortaçılar həmçınin sığorta haqlarından gələn davamlı gəlirləri təmin etmək üçün iri sığorta müqaviləsinin alınmasında maraqlıdırlar. Buna görə də onlar sığortaolunanları zərərin qarşısının alınması məqsədilə məlumatlandırmalı olacaq.

Şükürlü hesab edir ki, qanunun tələblərinin effektiv tətbiq edilməsində maraqlı olan bütün tərəflər işçilər və işəgötürənlər arasında fəal maarifləndirmə tədbirləri keçirməlidirlər. 

Onun sözlərinə görə, işçilər və işəgötürənlər arasında fəal maariflənirmə işinin aparılması, bu sahədə işini davam etdirmək fikrində olan müfəttişliyin fəaliyyətinin vacib istiqamətlərindən biridir.

Ölkənin baş əmək müfəttişi həmçinin qeyd edib ki, işəgötürənlərin istehsalatda bədbəxt hadisələrlə bağlı icbari sığorta tətbiq etməkdə ciddi çətinlikləri olmayacaq. Çünki son illərin statistikası bu isriqamətdə vəziyyətin yaxşılaşmasından xəbər verir. Əgər 2007-ci ildə istehsalatda 259, o cümlədən tikinti sektorunda 67 bədbəxt hadisə baş vermişdisə, 2008-ci ildə bu rəqəm 255 (65), 2009-cu ildə isə 250 (65)-ə düşüb. İstehsalatda bədbəxt hadisələrdə həlak olanların sayı 2007-ci ildə 128 (88), 2008-ci ildə 72 (30), 2009-cu ildə isə 69 (32) olub.

"Əlbəttə, bu göstəricilərə əsaslanaraq, Əmək Müfəttişliyinin yaradılan iş şəraitinin səviyyəsindən tam razı qalmasını demək olmaz, amma bu sahədə irəliləyiş hiss olunur. İcbari sığortanın tətbiqi iş yerlərində vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin davam etdirilməsinə daha bir ciddi təkan olacaq", - Şükürlü deyib.

Azərbaycan Parlamenti yaxın günlərdə üçüncü oxunuşda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun müzakirəsini planlaşdırır.

Qanun, həmçinin əmək fəaliyyətinə cəlb edilmiş məhbuslara, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilmiş hərbi qulluqçulara, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, fövqəladə hallar şəraitində işə cəlb edilmiş hərbçilərə və şəxslərə də şamil ediləcək. Sənəd əcnəbilərə və Azərbaycan vətəndaşlığı olmayan şəxslərə də aid ediləcək.

Sığorta halları qanunvericiliklə müəyyən olunmuş istehsalatda bədbəxt hadisələr haqqında akt və ya məhkəmənin qərarı əsasında müəyyən olunacaq.

Maksimum sığora tarifləri əməkhaqqı fondunun iki faizi həcmində müəyyən edilir. Müxtəlif sektorlar üzrə tariflər diferensiallaşdırılacaq. Ehtimallara görə, iqtisadi fəaliyyətin bütün sahələri risk dərəcəsindən asılı olaraq üç-dörd qrupa bölünəcək. Layihəyə görə, ayrı-ayrı sektorlar üzrə sığorta tarifləri icra hakimiyyətinin müvafiq orqanları tərəfindən illik nəzərdən keçirilə bilər. Bununla yanaşı, növbəti il üçün tariflər cari ilin dekabr ayının 1-dək təsdiqlənməlidir.

Azərbaycanda 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti