...

Azərbaycan bankı Parabank mikrokreditləşdirməni genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2010 17:48 (UTC +04:00)
Azərbaycan bankı Parabank kiçik sahibkarlığın stimullaşdırılması məqsədilə mikrokreditləşdirməni genişləndirib. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan bankı Parabank mikrokreditləşdirməni genişləndirib

Azərbatcan, Bakı, 7 may /Trend/

Azərbaycan bankı Parabank kiçik sahibkarlığın stimullaşdırılması məqsədilə mikrokreditləşdirməni genişləndirib. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

Mikromaliyyələşdirmə sahəsində Parabankın qarşısında duran əsas məsələ kiçik müəssisələrə xidmət göstərmək və məhsulların istehsalını stimullaşdırmaq məqsədilə effektiv və dinamik kredit sisteminin təşkil edilməsidir.

Mikromaliyyələşdirmə şöbəsi mikromaliyyə məhsullarının pilot layihə çərçivəsində stimullaşdırılması məqsədilə yaradılıb.

Bu şöbə tərəfindən verilən kreditlər iki növə ayrılır: təmin olunmuş kreditlər və borc götürənlər qrupunun adına qeyd olunmuş kreditlər. Pilot layihənin genişləndirilməsi çərçivəsində təhsil və səhiyyə kreditləri, istehlakçı kreditləri və kənd təsərrüfatı sahiblərinə qrup formasında verilən kreditlər daha çox inkişaf edib. Kreditlərin bu növləri artıq 10 ildir ki, bankın Beyləqan filialının müştərilərinə verilir.

Parabank ölkənin müxtəlif bölgələrində yerləşən filiallarının vasitəsilə, lombard və aqrokreditdən başqa, həmçinin təhsil və səhiyyə sahələrinə, dövlət və özəl müəssisələrin əməkdaşlarına və qrup formasınad borc götürənlərə kredit verir.

Xəbər lenti

Xəbər lenti