...

Çexiya Azərbaycan ilə turizm sahəsində təcrübəsini bölüşməyə hazırdır - XİN rəhbəri Yan Kohout

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2010 20:48 (UTC +04:00)
Çexiya Azərbaycanla turizm sahəsində olan təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Çexiya Azərbaycan ilə turizm sahəsində təcrübəsini bölüşməyə hazırdır - XİN rəhbəri Yan Kohout

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Y.Ostapenko/

Çexiya Azərbaycanla turizm sahəsində olan təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

"Biz turizm sahəsində böyük təcrübəyə malikik və bu təcrübəni Azərbaycandan olan tərəfdaşlarımızla bölüşməyə hazırıq", - Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Çexiya hazırda Azərbaycan ilə qarşılıqlı turist mübadiləsini qənaətbəxş saymır. "Birbaşa əlaqə bu göstəricilərin yaxşılaşdırılmasının zəruri şərtidir. Buna görə də mən ümid edirəm ki, Bakı ilə Praqa arasında birbaşa həm daimi, həm də çarter reyslərin açılışı mümkün olacaq", - Kohout deyib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycan və Çexiya arasında əmtəə dövriyyəsi təxminən 10 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti