...

Qeyri-normal hava şəraiti və leysan yağışları kənd təsərrüfatı sahəsinə müəyyən ziyan vurub - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2010 17:59 (UTC +04:00)
Ölkəmizdə son aylarda müşahidə olunan qeyri-normal hava şəraiti və leysan yağışları bütövlükdə kənd təsərrüfatı sahəsinə, o cümlədənç bitkiçiliyə, meyvəçiliyə, heyvandarlığa müəyyən ziyan vurub. Bu sözləri prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. İclasda Kür çayının suyunun səviyyəsinin qalxması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradanqaldırılması məsələləri müzakirə olunub. Azərtac dövlət informasiya agentliyi xəbər verib.
Qeyri-normal hava şəraiti və leysan yağışları kənd təsərrüfatı sahəsinə müəyyən ziyan vurub - nazir

Azərbaycan, Bakı, 8 may /Trend/

Ölkəmizdə son aylarda müşahidə olunan qeyri-normal hava şəraiti və leysan yağışları bütövlükdə kənd təsərrüfatı sahəsinə, o cümlədənç bitkiçiliyə, meyvəçiliyə, heyvandarlığa müəyyən ziyan vurub. Bu sözləri prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. İclasda Kür çayının suyunun səviyyəsinin qalxması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradanqaldırılması məsələləri müzakirə olunub. Azərtac dövlət informasiya agentliyi xəbər verib.

"Sel nəticəsində Araz və Kür çayı boyunca yerləşən 50 hektar ərazidə dənli bitkilərə müəyyən zərər dəyib. Bundan başqa yazda səpin işləri aparılmış sahələri su basdığından bu sahələrdə səpin işləri yenidən aparılacaq. Burada heç bir problem yoxdur.Yağışlı hava xüsusilə taxılçılıqda sarı pas adlı xəstəliyin yaranmasına səbəb olub. Kür-Araz ovalığından başqa bu, digər sahələrə də yayılıb.Lakin Kənd Təsərrüfatı Nazirliyi digər strukturlarla birlikdə bu məsələləri çox ciddi şəkildə nəzarət altında saxlayır. Zərurət yarandıqda insanlara məsləhətlər verilir.Səpin sahələrində yaz aylarında təkrarən ciddi işin aprılması üçün əlaqələr qurulur", - nazir bildirib.

"Kənd Təsərrüfatı Nazirliyi müvafiq strukturlarla birlikdə bu ərazidə şəxsi təsərrüfatlarda olan heyvandarlıq, quşçuluq, xırda və iri buynuzlu mal-qaraya dəymiş zərəri hesablayır", - Abbasov deyib.

İsmət Abbasov həmçinin qanunsuz tikililər tərəfindən səpin sahələrinə dəyən ziyan haqda da danışıb.

"Biz əkin sahələrinə yararlı torpaqları, belə demək mümkünsə, göz bəbəyi kimi qoruyuruq.Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, bəzi mənbələrdən, əkinə yararlı sahələrdə ev və ya ticarət obyektinin tikilməsi haqda məlumatlar gəlir. Bu hallarda xoşagəlməz vəziyyət yaranır. Ancaq sizin tapşırığınıza əsasən, biz, bütün əkinə yaralı sahələrin hər bir metrinə belə çox diqqətlə yanaşırıq və çalışırıq ki, bu sahələr yalnız təyinatı üzrə istifadə olunsun", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti