...

İl ərzində Azərbaycanda orta aylıq pensiya 12-13% artacaq - Sosial Müdafiə Fondunun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend,müxbir Ü.İsmayılova/

Azərbaycanda birinci rübün yekunlarına dair yeni hesablanma mexanizmi üzrə orta aylıq pensiya, demək olar, 25 manatadək artıb. Bu barədə şənbə günü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov məlumat verib.

Dekabrda orta aylıq pensiya 100 manata yaxın təşkil etdiyi halda, hazırda bu göstərici 125 manata çatır.

"İl ərzində Azərbaycanda orta aylıq pensiyaların artım tendensiyası davam edəcək və artım templəri 12-13% səviyyəsində gözlənilir", - Müslümov deyib.

Onun sözlərinə görə, hazırda yeni hesablanma mexanizmi ilə pensiyaların təyin edildiyi şəxslərin sayının dəqiqləşdirilməsi aparılır. Ötən ilin yekunlarına görə, ölkədə 1 308 472 pensiyaçı olub, aprelin 1-nə olan məlumata görə isə bu göstərici 1 301 717 təşkil edib.

Azərbaycanda pensiya iki hissədən - baza və sığorta hissəsindən ibarətdir. Hazırda ölkədə baza pensiyası 75 manat təşkil edir. 2010-cu ildən Azərbaycanda pensiyaların yeni hesablanma mexanizmi tətbiq edilir. Belə ki, əmək fəaliyyətinin son beş ili ərzindəki əmək haqqının səviyyəsinə görə deyil,  təşkil edən staja görə hesablanma aparılır.

Yaş üzrə əmək pensiyası hüququ kişilər üçün 2010-cu il yanvarın 1-dən başlayaraq, qadınlar üçün isə 2010-cu il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək pensiya yaşı hər il 6 ay artaraq, müvafiq olaraq 63 və 60 yaşına çatdırılacaq.

Mayın 8-nə rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti