...

Azərbaycan bankları yüksək likvidliyə malikdirlər – Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2010 12:49 (UTC +04:00)
Hazırda Azərbaycandakı bankların likvidliyin yüksək səviyyəsi ilə bağlı böyük vəsaitlərə ehtiyacları yoxdur. Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov belə hesab edir.
Azərbaycan bankları yüksək likvidliyə malikdirlər – Mərkəzi Bankın rəhbəri

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir H.Vəliyev/

Hazırda Azərbaycandakı bankların likvidliyin yüksək səviyyəsi ilə bağlı böyük vəsaitlərə ehtiyacları yoxdur. Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov belə hesab edir.

"Bu gün banklar əsasən malik olduqları vəsaitlərin daha effektiv və təhlükəsiz bölüşdürülməsi ilə məşğuldurlar. Azərbaycandakı banklar yüksək likvidlik səbəbindən xarici banklarda vəsait axtarmırlar", - Rüstəmov deyib.

Mərkəzi Bankın rəhbəri bankların kredit portfelinin artım tendensiyasını, eləcə də vaxtı keçmiş kreditlərin məqbul səviyyəsini qeyd edib.

"Əmanətlərin həcmi yüksək səviyyədədir, yüksək dinamika müşayiət olunur, faiz dərəcələri aşağı düşür. Bütün bunların üstünlüyü ondan ibarətdir ki, real sektor, eləcə də əhali daha çox əlverişli kreditlər ala biləcəklər", - Rüstəmov deyib.

Xəbər lenti

Xəbər lenti