...

Azərbaycanda 2013-cü ilədək ərzaq məhsulları üzrə 250-dən artıq standart təsdiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2010 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi 2010-13-cü illərdə ərzaq məhsulları üzrə 253 standart qəbul etmək niyyətindədir. Bu barədə komitənin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Belə qərar komitə tərəfindən 2010-2013-cü illər üçün nəzərdə tutulan ərzaq məhsulları üzrə Texniki Komitənin fəaliyyət planını təsdiqlənməsi çərçivəsində qəbul edilib", - məlumatda deyilir.

Yeni standartlar uşaq qidalarına, ətə, balıq və balıq məhsullarına, qənd və qənnadı məmulatlarına, alkoqollu və alkoqolsuz içkilərə, yağa, qida əlavələrinə və digər məhsullara tətbiq olunacaq. Onların hamısı beynəlxalq İSO, CEN və "Kodex Alimentarius" standartları əsasında işlənilib-hazırlanacaq.

Yeni standartların işlənməsi prosesində səhiyyə, kənd təsərrüfatı nazirliklərinin və qida sənayesi sahəsində fəaliyyət göstərən 30 şirkətin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti