...

Azərbaycanda beynəlxalq standartların tətbiq olunma prosesi sürətlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2010 14:33 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət sistemi üçün yeni texniki komitə yaradıb, - çərşənbə axşamı komitənin yaydığı məlumatda belə deyilir.

Аzərbaycan, Bakı, 11 may /Trend, müxbir Ü. İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət sistemi üçün yeni texniki komitə yaradıb, - çərşənbə axşamı komitənin yaydığı məlumatda belə deyilir.

"Bu komitənin yaradılmasında əsas məqsəd İSO-nun mövcud standartlarının yayılması ilə bağlı gücləndirmə rejiminə rəvac verməkdir", - məlumatda belə deyilir.

Hal-hazırda komitə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ekologiya sahəsində yeni bir texniki komitənin yaradılması ilə bağlı işləri artırıb. Komitə texniki qurumun fəaliyyət planları və nizamnaməsinin müzakirəsi üçün müvafiq dövlət orqanlarına sənədlər təqdim edib. Komitədə ətraf mühit, eyni zamanda, torpaq və suyun çirklənmə səviyyəsinın nizama salınması ilə bağlı standartlar hazırlanacaq.

Həmçinin, yaxın günlərdə komitə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə birgə qəbul olunmuş qərar - tikinti materialları texniki komitəsinin yaradılması barədə daha bir nizamnaməni təsdiq etmək niyyətindədir. Hal-hazırda komitə nizamnaməsinin və üçillik fəaliyyət planlarının təsdiq olunması barədə işlər aparılır.

"Tikinti materialları üzrə komitənin yaradılmasında əsas məqsəd Azərbaycanın bu sektorunda İSO-un standartlarının tətbiq olunmasının gücləndirilməsidir".

Texniki komitənin yaradılması işində müvafiq dövlət strukturları və yerli bazarda fəaliyyət göstərən böyük tikinti şirkətləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti