...

2010-cu ildə Azərbaycana xarici sərmayə axınının artması gözlənilir - UNESCAP-ın hesabatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2010 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan iqtisadiyyatının 2010-cu ilə proqnozlaşdırılan artımı əsasən yanacaq qiymətlərinin artması və xarici tələbatla əlaqədar yeddi faiz təşkil edəcək. Bununla da Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edənlərdən biri olacaq. Bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) hesabatında deyilir.

Ancaq qeyri-neft sektorunun artım səviyyəsinin neft sektorunun artım səviyyəsindən aşağı olacağı gözlənilir. Məhsula və energetikaya olan qiymətlər yüksələcək və sərmayə axınının və daxili tələbatın artması nəticəsində 2010-cu ildə illik inflyasiya altı faizə çata bilər.

Qlobal inkişaf prosesinin bərpası fonunda 2010-cu ildə Azərbaycana xarici sərmayə axınının artması gözlənilir.

Həmçinin, neft ixracının yüksəlməsi fonunda Azərbaycanın cari əməliyyatları hesabının müsbət saldosunun artması gözlənilir.

Hesabatda deyildiyi kimi, 2010-cu ildə Çinin iqtisadi artımı 9,5%, Hindistanın iqtisadi artımı 8,3%, bölgənin ümumi artımı isə 7% səviyyəsində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti