...

KASPAR Kür çayında təbii fəlakətin nəticələrini aradan qaldırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2010 12:16 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (KASPAR) texniki donanması tərəfindən Kür çayının deltasında görülən işlər nəticəsində çayın aşağı axarında suyun səviyyəsi 20 santimetr aşağı düşüb. Bu barədə KASPAR-ın mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov çərşənbə günü jurnalistlərə bildirib.
KASPAR Kür çayında təbii fəlakətin nəticələrini aradan qaldırır

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (KASPAR) texniki donanması tərəfindən Kür çayının deltasında görülən işlər nəticəsində çayın aşağı axarında suyun səviyyəsi 20 santimetr aşağı düşüb. Bu barədə KASPAR-ın mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov çərşənbə günü jurnalistlərə bildirib. Bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları çərçivəsində həyata keçirilir.

Hazırda Kür çayında suyun səviyyəsinin qalxması səbəbindən Azərbaycanın bəzi rayonlarında torpaq sürüşmələri və daşqınlar müşahidə olunur. Bu proseslərin nəticələrinin aradan qaldırılması və qarşısının alınması üçün müxtəlif nazirlik və idarələr cəlb olunub.

Sadıqovun dediyi kimi, yerqazan "Narva" və yedək gəmisi "Abşeron-5" Kürün deltasının dibinin dərinləşdirilməsi işlərinin aparıldığı Neftçala rayonunda çalışır.

Sadıqovun sözlərinə görə, çayın gətirdiyi lil çayın mənsəbindəki birkilometrlik sahədə problemlər yaradıb. Bunun nəticəsində bu sahədə suyun dərinliyi 40 santimetr azalıb. Mayın 12-nə olan məlumata görə, KASPAR-ın gəmiləri həmin sahədə 500 metr uzunluğu, 2 metr dərinliyi və 15-20 metr eni olan kanal qazıblar. Nəticədə, suyun səviyyəsi 20 santimetr azalıb. Deltada işlər davam etdirilir.

Görülən işlərə nəzarəti "Xəzərdənizyolları" xidmətinin rəhbəri Faiq Xəlilov həyata keçirir. Baş nazirin müavini Abid Şərifov mütəmadi olaraq görülən işlər barədə məlumatlandırılır.

Xəbər lenti

Xəbər lenti