...

Birinci rübdə Azərbaycanda 10 qanunsuz aptekin fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2010 13:13 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Analitik Ekspertizası Mərkəzi cari ilin yanvar-mart aylarında qanunsuz fəaliyyət göstərən on aptekin fəaliyyətini dayandırıb. Bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.
Birinci rübdə Azərbaycanda 10 qanunsuz aptekin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Analitik Ekspertizası Mərkəzi cari ilin yanvar-mart aylarında qanunsuz fəaliyyət göstərən on aptekin fəaliyyətini dayandırıb. Bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

"Öz fəaliyyətini könüllü dayandırmaqdan imtina edən yeddi qanunsuz aptekə münasibətdə İnzibati Xətalar Məcəlləsinə müvafiq protokol tərtib edilib", - məlumatda qeyd olunub.

Bu dövr ərzində ölkənin 304 aptekində monitorinqlər həyata keçirilib. Monitorinqlərin gedişində məlum olub ki, 133 aptek lisenziya əsasında fəaliyyət göstərir, 161-i Əczaçılıq və Səhiyyə Sənayesi Birliyini tərkibindədir.

Monitorinqlərin gedişində, həmçinin, 509 seriyada istifadə müddəti bitmiş və müvafiq sertifikata malik olmayan tibbi preparatlar, 125 qutu istifadə üçün yararsız dərman aşkar edilərək götürülüb.

Mərkəzin hesablamalarına görə, birinci rübdə Azərbaycanda ötən ilin analoji dövrü ilə müqayisədə qanunsuz fəaliyyət göstərən apteklərin və sertifikatlaşdırılmamış tibbi preparatların sayı beş dəfə azalıb.

Bu dövr ərzində apteklər də daxil olmaqla, optik malların satışı üzrə obyektlərdə də monitorinqlər aparılıb. Nəticədə 155 aptekin və 54 optik malların satışı ilə məşğul olan mağazanın fəaliyyəti yoxlanılıb.

Xəbər lenti

Xəbər lenti