...

Azərbaycan lizinq şirkətinin Müşahidə Şurası 2009-cu il üzrə maliyyə fəaliyyətini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2010 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan lizinq şirkəti "Ata Leasing"in Müşahidə Şurası iyunun 24-də növbəti illik ümumi yığıncağını keçirəcək. Bu barədə cümə axşamı şirkətdən məlumat verilib.

"Yığıncaqda 2009-cu ildə şirkətin fəaliyyətinin yekunları müzakirə olunacaq", - şirkətdən bildirilib.

İclasın gündəliyinə idarə heyətinin, Müşahidə Şurasının hesabatına aid məsələlərin, mühasibat balansının təsdiqlənməsi, 2009-cu ildə mədaxil və məxaric haqda hesabat, eləcə də mədaxil və məxaricin bölüşdürülməsi haqda qərarın müzakirəsi daxildir.

"Ata leasing", "AtaHoldinq" və "Ata Bank"ın tərəfindən təsis olunub və 2004-cü ildən Azərbaycanın lizinq bazarında fəaliyyət göstərir. "Ata leasing"in nizamnamə kapitalı bir milyon manat təşkil edir.

Mayın 13-də rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti