...

Azərbaycana idxal edilən cins mal-qara sığortalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2010 17:32 (UTC +04:00)
"Aqrolizinq" ASC idxal edilən cins mal-qaranın sığortalanmasına dair tender elan edib. Bu barədə cümə axşamı tender komissiyasının rəsmi mətbuatda çap olunmuş məlumatında deyilir.
Azərbaycana idxal edilən cins mal-qara sığortalanacaq

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Ü.İsmayılova/

"Aqrolizinq" ASC idxal edilən cins mal-qaranın sığortalanmasına dair tender elan edib. Bu barədə cümə axşamı tender komissiyasının rəsmi mətbuatda çap olunmuş məlumatında deyilir.

"Cins mal-qara üç il müddətinə sığortalanacaq", - məlumatda deyilir.

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan şirkətə 3 milyon manat ayrılıb. Bu vəsait hesabına bu il ərzində Avstriya və Almaniyadan 900 baş cins mal-qaranın alınması planlaşdırılır. Bu mal-qara respublikaya mərhələlərlə gətiriləcək.

Nazirlər Kabinetinin qərarı ilə 2010-cu ildə ötən ildəki kimi cins mal-qara fermerlərə imtiyaz qiymətlərinə əsasən 50 faiz güzəştlə satılacaq. Çəkisi 300-700 kq olan mal-qaranın orta qiyməti 3,5 min manata qədər təşkil edəcək.

"Aqrolizinq" ASC ölkənin 55 rayonunda xidmət məntəqəsinə malikdir. Öz fəaliyyətinə 2005-ci ildə başlayan şirkət bu vaxta qədər 8,817 min aqrotexnika, o cümlədən taxılın yığılması üçün 745 kombayn, 2,25 min traktor, 132 ekskavator və 5,69 min müxtəlif kənd təsərrüfatı texnikasını istifadəyə verib.

Azərbaycanda 24 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti